Instagram və Facebookdan Selçuk Bayraktar qərarı

Instagram və Facebookdan Selçuk Bayraktar qərarı
12 May 2021
Mətni dəyiş

Instagram və Facebook "Bayraktar TB2"-nin təsisçisi Səlcuq Bayraktarın paylaşımını silib. Söhbət Məscid-i Əqsa yanan zaman musiqi dinləyərək rəqs edənlərin videosundan gedir. 

Bayraktarın bu görüntüləri tənqid etməsindən bir neçə dəqiqə sonra, paylaşımı hər iki sosial şəbəkədən silinib.

"Nifrət paylaşımı adı altında siliblər. Uşaqları, günahsız insanları qətl etmək, məbədi yandırıb izləyərək rəqs etməkdir nifrət. Bu, vəhşətdir, qətliamdır. Sizin fikir azadlığı, insan hüquqları deyən ikiüzlülüyünüz batsın", - deyə Səlcuq Bayraktar sosial şəbəkələrin bu addımını tənqid edib.

Türkiyə mətbuatı yazır ki, Facebook, Instagram kimi sosial şəbəkələr İsrail əleyhinə olan bütün paylaşımları silir, istifadəçilərə isə senzura tətbiq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun