İngiltərədə yaşı 50-dən yuxarı şəxslərə koronavirusa qarşı peyvəndin üçüncü dozasını da vuracaqlar

İngiltərədə yaşı 50-dən yuxarı şəxslərə koronavirusa qarşı peyvəndin üçüncü dozasını da vuracaqlar
5 May 2021
Mətni dəyiş
Böyük Britaniya höküməti payızda 50 yaşdan yuxarı vətəndaşlarına koronavirusa qarşı üçüncü doza peyvəndi vurmağı məsləhət görür. Bu yolla hökümət Milad bayramı vaxtı yoluxmaların sayını aşağı salmağı hədəfləyir. Hal-hazırda Böyük Britaniyanın baş sanitar həkimi Kris Uittin başçılığı ilə iki fərqli vaksin üzərində düşünülür. Onlardan biri koronavirusun yeni ştammı ilə mübarizədə effektiv olan vaksindir, digəri isə amerikan firması Pfizerin alman partnyoru BioNTech-lə birlikdə hazırladığı və həmçinin Astra Zeneca və Moderna vaksinlərindən biridir. Hal-hazırda İngiltərədə yuxarıda adı çəkilən bütün vaksinlərdən istifadə edilir. İngiltərə höküməti maksimum çox adama vaksin vurmaq üçün iki doza arasındakı vaxtı üç həftədən üç aya qədər artırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun