İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələndi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələndi
19 May 2021
Mətni dəyiş
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələnib. Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib. İş hakim Babək Pənahovun icraatındadır. Agentliyə prokotol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə tərtib olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilib ki, cərimələnən Agentlik deyil, təcili tibbi yardım avtobazasıdır: “Təcili tibbi yardım avtobazası isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindədir”. Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun