Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu yol qəzasına düşüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu yol qəzasına düşüb
26 May 2021
Mətni dəyiş
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb. O, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub. "Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev Turan agentliyinə bildirib. Onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır. Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun