Hindistanda koronavirusa günlük yoluxma rekord səviyyəyə yüksəlib

Hindistanda koronavirusa günlük yoluxma rekord səviyyəyə yüksəlib
6 May 2021
Mətni dəyiş
Hindistanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 412 min nəfərə yüksəlib. Ölkədə indiyədək ümumilikdə isə 21 milyon nəfər koronavirus xəstəliyinə yoluxub. Hindistan Səhiyyə Nazirliyi ölkədə hər sutkada koronavirusdan 3-4 min insanın öldüyünü bildirir.  Hindistanda ilk rekord yoluxma sayı may ayının 1-də, 401 993 nəfər olmuşdu. Ondan sonra ikinci yoluxma rekordu isə dünən olub. Hindistan həm də ölənlərin sayına görə dünyada birincidir. Belə ki, son sutka ərzində ölkədə 3780 nəfər ölüb, ölümlərin ümumi sayı isə 230 mindir. Hindistan Səhiyyə Nazirliyi koronavirusdan sağalanların ümumi sayının da sutkalıq 329 min nəfər olduğunu, ölkədə artıq 17 milyon insanın koronavirusdan sağaldığını bəyan edib. Hal-hazırda ölkədə 3,5 milyon koronavirus xəstəsi var. Hindistan ABŞ-dan sonra koronavirusa yoluxma saylarına görə dünyadan ikinci yerdədir. Braziliyada isə bu göstəricisinə görə üçüncü yerdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun