Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb
12 May 2021
Mətni dəyiş
Hindistanda ötən gün ərzində 348 421 nəfər koronavirusa yoluxub. Bu barədə “RİA Novosti” xəbər verir. Ölkədə pandemiya dövrü ərzində yoluxanların ümumi sayı 23 340 938-ə çatıb. Hindistanda koronavirusla əlaqəli gündəlik ölüm sayında növbəti anti-rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 4 205 nəfər koronavirus səbəbilə həyatını itirib və ümumi ölü sayı 254 197-yə çatıb. Ölü sayında əvvəlki sutkalıq rekord mayın 8-də qeydə alınıb ​​və 4 187 nəfər təşkil edib. Bundan əvvəlki anti-rekord isə mayın 6-da qeydə alınıb – 3 980 nəfər. Hindistan koronavirusa yoluxanların ümumi sayına görə dünyada ikinci yeri (ABŞ-dan sonra), infeksiya səbəbilə ölənlərin sayına görə isə üçüncü yeri tutur (ABŞ və Braziliyadan sonra).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun