Hansı qurumlar büdcə vəsaitlərini xərcləmir? - Hesablama Palatası açıqladı

Hansı qurumlar büdcə vəsaitlərini xərcləmir? - Hesablama Palatası açıqladı
25 May 2021
Mətni dəyiş
Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarət tədbirlərinə, eləcə də təqdim olunmuş məlumatların analitik prosedurlarla araşdırılmasına əsaslanmaqla hesabat ilinin dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin onların bank hesabında istifadəsiz saxlanıldığı bildirilib. Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına rəyində qeyd edilib. Ötən il Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ayrılmış 70,0 mln. manat vəsait üzrə ilin sonuna 50 mln. manat istifadəsiz saxlanılıb. Bakı Nəqliyyat Agetliyinə 320 ədəd avtobusun alınması üçün Agentliyə 110,0 mln. manat vəsait üzrə 78,0 mln. manat Agentliyin hesablaşma hesabında saxlanılıb. Bundan əlavə, 2020-ci ildə Agentliyə ayrılmış vəsaitlər üzrə 103,6 min manat, Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin saxlanılması üzrə isə 79,3 min manat bank hesabında qalıb. Bütün bunlar pandemiya şəraitində dövlət tərəfindən dəstək mexanizmlərinin tətbiqi çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəçiləri tərəfindən təlabatın və onun icrasının düzgün müəyyən edilməməsi nəticəsində vəsaitlərin müəyyən olunmuş məqsədlərə istifadə olunmayaraq müvafiq bank hesabında saxlanılmasını göstərir. Eləcə də, Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 19.5-ci maddəsinin tələblərinin əhatəsindən kənar qalmaq məqsədilə akkreditiv hesablara yönəldilməsi hallarının olduğu müəyyən edilib. Belə ki, 2020- ci ilin dövlət büdcəsindən ayrılmış vəsaitlər üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 3,1 mln. manat, “Azərbaycan Televiziya və Radio Yayımları” QSC üzrə 1,0 mln. manat, Dövlət Turizm Agentliyi üzrə 5,7 mln. manat, “Azərlandşaft” ASC üzrə 2,6 mln. manat, (Aqar Xidmətlər Agentliyi üzrə 11,9 mln. manat 2019-cu il) ilin sonunda vahid xəzinə hesabına silinməyərək akkreditiv hesaba yönəldilib. Bundan əlavə qurumlar tərəfindən təqdim edilmiş məlumatların təhlili göstərir ki, hesabat ilində dövlət büdcəsinin kassa icrasına aid edilmiş, lakin akkredit hesablarda qalmış xərc məbləğləri təqribən 100,0 mln. manatdan çox təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun