HƏMAS və İsrail arasında atəşkəs nə vaxt imzalanacaq?

HƏMAS və İsrail arasında atəşkəs nə vaxt imzalanacaq?
20 May 2021
Mətni dəyiş
Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs mayın 21-də qüvvəyə minə bilər. Bu barədə “The Wall Street Journal” amerikalı və xarici mənbələrə istinadən xəbər yayıb. Bildirilir ki, Misir hakimiyyəti HƏMAS ilə danışıqlarda irəliləyiş əldə edib. Eyni zamanda, qeyd edilir ki, Yəhudi dövlətinin səlahiyyətliləri İsrail hərbi rəhbərliyinin nümayəndələri ilə şəxsi söhbətlərində “hədəflərinə çatmağa yaxınlaşdıqlarını” etiraf edirlər. ABŞ prezidenti Co Bayden rəhbərliyi də atəşkəsin bu həftə qüvvəyə minəcəyi qənaətindədir. İsrail xarici işlər naziri Qabi Aşkenazi isə ABŞ dövlət katibi Entoni Blinkenlə söhbətində İsrailin Qəzza zolağındakı əməliyyatı tamamlamaq üçün bir neçə günə ehtiyac olduğunu bildirib. Bu barədə “Axios” nəşri məlumat verib. Blinken, öz növbəsində Vaşinqtonun yaxın gələcəkdə hərbi əməliyyatların sona çatmasını gözlədiyini bildirib. O, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı Fransa təşəbbüslərinə mane olduğunu da vurğulayıb. Qeyd edək ki, eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə təxminən 4070 raket atılıb, bunlardan 610-u anklavın ərazisinə düşüb. Hücumlar nəticəsində 10-dan çox İsrail vətəndaşı həlak olub və 50-dən çoxu ağır yaralanıb. İsrailin cavab hücumları nəticəsində Fələstində 200-dən çox insanın öldüyü bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun