Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Foto: sosial media
31 May 2021
Mətni dəyiş

Hazırda Gürcüstan həbsxanalarında 103 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 4 nəfər azalıb. Onların 9-u ittiham olunan, 94-ü (3-ü yeniyetmə olmaqla) məhkumdur.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artaraq 26 olub. Onların 23-ü kişi, 3-ü qadındır.

Qonşu ölkədə 530 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, probasiya nəzarətində isə 239 nəfər xarici ölkə vətəndaşı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun