Gürcüstan quru sərhədlərini açır

Gürcüstan quru sərhədlərini açır
25 May 2021
Mətni dəyiş
Gürcüstan iyun ayının 1-dən quru sərhədlərini açır. “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının qərargah rəhbəri Georgi Gibradze bildirib. Qərara əsasən, quru sərhədlərdən Gürcüstana daxil olan şəxslərdən tam vaksinasiya və ya son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən sənəd tələb olunacaq. PCR test arayışı təqdim edəcək şəxslər 72 saat ərzində öz hesablarına yenidən testdən keçməli olacaqlar. Bununla yanaşı, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq sığortasının olması tövsiyə edilib. Gürcüstan koronavirusa görə 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun