Gürcüstan quru sərhədləri ilə ölkəyə gələnlərdən PZR analizi tələb edəcək

Gürcüstan quru sərhədləri ilə ölkəyə gələnlərdən PZR analizi tələb edəcək
29 May 2021
Mətni dəyiş
Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib. O deyib ki, qaydaların asanlaşdırılması yoluxma hallarının artması riski yaradır. Bu səbəbdən neqativ cavablı PZR analizi nəticəsini təqdim etməyən şəxslər Gürcüstanın quru sərhədlərindən ölkə ərazisinə buraxılmayacaqlar. Qeyd edək ki, Gürcüstan iyunun 1-də quru sərhədlərini açmağı planlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun