Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb
10 May 2021
Mətni dəyiş

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melia azadlığa buraxılıb.

Tbilisi Şəhər Məhkəməsi ölkənin Baş Prokurorluğunun müraciətinə əsasən müxalifət liderinin azadlığa buraxılması barədə qərar qəbul edib.

Avropa İttifaqı (Aİ) bir neçə gün öncə Gürcüstanın Nika Melianın azadlığa çıxması üçün tələb olunan 40 min lari girovu ödəyib.

Bu ilin fevralın 23-də Tbilisi Şəhər Məhkəməsi Nika Melia barəsində həbs qətimkan tədbiri seçib. O, 2019-cu ilin 20-21 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında qrup zorakılığı təşkil etməkdə və iştirakda ittiham edilir. Bundan sonra müxalifət liderləri onun müdafiəsi üçün rəhbərlik etdiyi partiyaya yığışdılar.

Ertəsi gün Georgi Qaxariya baş nazir postundan gedib. O, Melianın saxlanması ilə bağlı hakim partiya ilə fikir ayrılığı olduğunu bildirib. Bundan sonra müxalifətçinin saxlanması ertəsi günədək təxirə salınıb. Baş nazir postuna isə İrakli Qaribaşvili təyin olunub.

Melianın saxlanması Gürcüstan hökumətinin ünvanına mənfi bəyanatlara səbəb olub, müxalifətlə danışıqların əsas məsələlərindən birinə çevrilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun