"Google" Roskomnadzoru məhkəməyə verib

"Google" Roskomnadzoru məhkəməyə verib
24 May 2021
Mətni dəyiş

"Google" Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətini (Roskomnadzor) məhkəməyə verib. Şirkətin şikayəti Moskva məhkəməsində icraata götürülüb. 

Şikayət yanvar ayında Rusiyada baş tutan icazəsiz aksiyalara aid 12 görüntünün silinməsinə dair ölkə rəsmilərinin tələbinə cavab olaraq verilib. Məlumata görə, bundan əvvəl "Google" Roskomnadzorla bağlı hər hansı bir şikayətlə çıxış etməyib.

Bundan əvvəl Roskomnadzor Rusiyada müxtəlif xarici şirkətləri cərimələyib. 2018-ci ildə isə "Google" şirkəti 500 min rubl (7500 ABŞ dolları) məbləğində cərimələnib.

Qurum "Google" şirkətini qanunsuz informasiyaya istinad edilən məlumatların silinməsinə dair qərarı icra etməkdən imtina etdiyinə görə cəzalandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun