Ermənistan hökuməti hərbçiləri yeni vəzifələrlə ələ almağa çalışır

Ermənistan hökuməti hərbçiləri yeni vəzifələrlə ələ almağa çalışır
25 May 2021
Mətni dəyiş
Ermənistan hökuməti yüksəkçinli hərbçilər arasında narazılığı azaltmaq üçün onları yeni vəzifələrlə ələ almaq istəyir. Bu barədə Ermənistanın “Joxovurd” nəşri yazıb. Nəşr qeyd edir ki, məhz bu günlərdə Edvard Asryanın baş qərargah rəisinin müavini təyin olunmasının arxasında da eyni məqsəd dayanır. Çünki general-mayor Edvard Asryan məhz fevral ayında Nikol Paşinyanın istefasını tələb edən bəyanata imza atan baş qərargah nümayəndələrindən biri olub. Sözügedən bəyanatın nəticəsi kimi baş qərargah rəisi Onik Qasparyan vəzifədən azad edildi. Lakin artıq Ermənistan hökuməti hərbçiləri vəzifə hesabına öz tərəfinə çəkmək planını ortaya qoyub. Hətta parlament seçkiləri ərəfəsində olan ölkədə 44 nəfər yüksəkçinli hərbçi Müdafiə Nazirliyinə çağırılıb və onlara loyallıqları üçün müxtəlif vəzifələr təklif edilib. Elə E.Asryan da həmin hərbçilərin sırasında olub. Onun təyinatı isə Müdafiə Nazirliyində bir çoxları tərəfindən birmənalı qarşılanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun