Dünyanın ən bahalı avtomobilinin təqdimatı olub

Dünyanın ən bahalı avtomobilinin təqdimatı olub
29 May 2021
Mətni dəyiş

Dünyanın ən bahalı avtomobilinin təqdimatı keçirilib. Bu, Rolls-Royce şirkətinin yeni və xüsusi hazırlanmış "Boat Tail" markasıdır. 

Avtomobilin qiyməti 28 milyon dollardır. (47 milyon 600 min manat) Bundan əvvəl isə 2019-cu ildə ən bahalı maşın kimi Bugatti şirkətinin "La Voiture Noir" markası satılmışdı. Avtomobil 11,5 milyon (19 milyon 550 min manat) dəyərində idi.

Məlumata görə, avtomobillər satışda yoxdur, ancaq xüsusi sifarişlə hazırlanır. Xüsusi sifarişlə hazırlandığı üçün, şəxsin özəl istəklərinə uyğun qiymətdə dəyişikliklər ola bilər.

Avtomobilin şəkillərini təqdim edirik:

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun