Dünya əhalisinin hər 50 nəfərindən biri koronavirusa yoluxub

Dünya əhalisinin hər 50 nəfərindən biri koronavirusa yoluxub
7 May 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə indiyədək dünyada 155,9 milyon insan koronavirusa yoluxub. Beləcə dünyanın 7,795 milyard əhalisinin 2 faizə qədəri xəstəliyi öz bədənində hiss edib. Dünyada koronavirusa yoluxanların təqribən yazırı beş ölkənin payşına düşür. Bunlar ABŞ (32,7 milyon), Hindistan (21,5 milyon), Braziliya (15 milyon), Fransa (5,8 milyon) və Türkiyədir (5 milyon) Əhalisi ən çox xəstəliyə yoluxanlar ən kiçik ölkələrdir. Məsəlçün, Andorranın əhalisinin 17 faziri yəni 13,4 min nəfəri, Çernoqoriyanın əhalisinin isə 15,7 faizi yəni 98 min nəfəri koronavirusa yoluxub. Rusiya əhalisinin isə cəmi 3,3 faizi yəni 4,98 milyon nəfəri xəstəlikdən əziyyət çəkir. ÜST-ün məlumatına görə hal-hazırda dünyada koronavirusa yoluxmuş insanlar 86 faizi sağalıb. Hal-hazırda xəstəliklə mübarizə aparan insanların sayı isə 19 milyon nəfərdir. Ancaq bu məlumatlar da tam deyil, çünki dünyada çox yerdə məlumatlar hökümətlər tərəfindən gizlədilir. Koronavirusdan ölənlərin sayı isə bütün yoluxanların təqribən 2,1 faizidir. Ən çox ölüm halları isə 583 min nəfərlə ABŞ-da qeydə alınıb. Braziliyada bu rəqəm 415 min, Hindistanda isə 230 min nəfərdir. Statistikaya görə Yəməndə koronavirusdan dünyasını dəyişənlər xəstələnənlərin 19,6 faizi olub ki, bu normadan az qala 10 dəfə çoxdur. Meksikada isə yoluxanların 9,3 faizi yəni normadan beş dəfə çox insan ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun