Duma qanunu təsdiqlədi, Rusiyada silah almaq çətinləşdi

Duma qanunu təsdiqlədi, Rusiyada silah almaq çətinləşdi
27 May 2021
Mətni dəyiş

Rusiya parlamentinin alt qanadı olan Dövlət Duması silah satışına dövlət nəzarətini artıran qanun layihəsini qəbul edib. Duma bu qanunun vətəndaşları ola biləcək silahlı hücumlardan qorumaq üçün qəbul etdiyini bildirib. 

Qanuna görə, artıq silah almaq istəyən şəxslər tibbi yoxlanışdan keçəcəklər. Bura psixoloji yoxlanış da daxildir. Bununla yanaşı, onlardan narkotik vasitələrdən istifadə etməməsinə dair arayış da tələb olunacaq.

Yoxlanışlar yalnız dövlət xəstəxanalarında və yaşayış yeri üzrə tibb müəssisələrində aparıla biləcək. Müayinədən imtina edən şəxslərin silah əldə etmək hüquqları əllərindən alınacaq.

Rusiyada bu qanun prezident Vladimir Putinin təklifi ilə qəbul edilib. 11 mayda Kazanda bir gəncin məktəbə silahlı hücumundan sonra 7 şagird və 2 müəllim öldürülmüşdü. Buna görə də Rusiyada silah əldə edilməsi yenidən müzakirələrə səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun