Çində 3 uşaq dünyaya gətirməyə icazə verildi

Çində 3 uşaq dünyaya gətirməyə icazə verildi
31 May 2021
Mətni dəyiş

Dünyanın ən çox vətəndaşı olan ölkəsi Çində artıq 3-cü uşağın dünyaya gətirilməsinə icazə verilib. Buna səbəb kimi yeni doğumların az olması göstərilib. 

Əvvəllər Çində ailələr ən çox 2 uşaq dünyaya gətirə bilirdilər. Uşaq sayının 3-ə qaldırılmasına dair qərar Çin Xalq Respublikasının Sədri Si Cinpinin keçirdiyi iclasda qəbul olunub. Ancaq qərarın nə vaxt qüvvəyə minəcəyinə dair məlumat verilməyib. Çində demoqrafik vəziyyətə nəzarət etmək üçün 1970-ci illərdən bəri tək uşaq siyasəti həyata keçirilir. Ailələrin ikinci övlad sahibi olmasına icazə verilməsə də, son illər bu qayda dəyişdirilib. 2015-ci ildə bir ailənin iki uşaq sahibi olması üçün yeni bir tənzimləmə qəbul edilib. Bununla yanaşı, mütəxəssislər ölkə əhalisində azalmanın qarşısı alınacağı təqdirdə bu tənzimləmənin də ləğv edilməli olduğunu deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun