Çin buraxdığı raketin idarəetməsini itirib, bu 3 şəhərdən birinə düşəcəyi deyilir

Çin buraxdığı raketin idarəetməsini itirib, bu 3 şəhərdən birinə düşəcəyi deyilir
5 May 2021
Mətni dəyiş

ABŞ Kosmik Qüvvələri Komandanlığı idarəetməsi itirilən Çinə aid raketin həftə sonu yerə düşəcəyini güman edir. Raketin hansı istiqamətdə düşməsinə dair bütün hərəkətlər komandanlıq tərəfindən izlənilir. 

Bu barədə açıqlamanı Pentaqonun sözçülərindən biri Mice Howard verib. Howard əlavə edib ki, raket yerə 8 mayda çatacaq.

"Hələlik raketin qalıqlarının dəqiqə olaraq hara düşəcəyi bilinmir. Bunu ancaq raketin yerə düşməsinə saatlar qalmış bilmək olacaq", - deyə o, vurğulayıb.

Çin 22 tonluq raketi ötən həftə havaya buraxmışdı. Elm adamları raketin hissələrinin yaşayış məntəqələrinə düşəcəyi təqdirdə çox sayda insanın öləcəyi ilə bağlı xəbərdarlıq edib. Nyu-York, Madrid və Pekinin isə risk altında olduğu vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun