Səudiyyə Ərəbistanı Həcc ziyarətini bu il ölkə xaricindən gələnlər üçün qadağan etmək istəyir.
Reutersə məlumat verən iki mənbə bildirib ki, qərarın qəbulunda koronavirusla bağlı dünyadakı son vəziyyət və yeni mutasiyaların üzə çıxması böyük rol oynayacaq. Mənbələr bildirib ki, hələlik bu mövzu ətrafında müzakirələr gedir və dəqiq qərar yoxdur.
Koronavirusdan əvvəl 2019-cu ildə təkcə Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 2,5 milyon insan səfər etmişdi.
Bu il Azərbaycandan da Həcc ziyarəti təşkil olunmayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı məsələyə də aydınlıq gətirilib. Bildirilib ki, növbəti il Həcc ziyarətinə getmək istəyənlər sənədlərini və ödənişi saxlaya, istəməyənlər isə həm ödədikləri vəsaiti, həm də sənədlərini geri götürə bilərlər.