Operativ Qərargah: Bayram günləri heç bir məhdudiyyət tətbiq olunmayacaq

Operativ Qərargah: Bayram günləri heç bir məhdudiyyət tətbiq olunmayacaq
6 May 2021
Mətni dəyiş
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Tədbirdə respublikada koronavirusla bağlı son vəziyyət açıqlanıb. Brifinqdə çıxış edən Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev deyib ki, ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir. Onun sözlərinə görə, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox aşağıdır: "Yoluxanlar da xəstəliyin ağır mərhələsini keçirmirlər. May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər”. Teymur Musayev həmçinin əlavə edib ki, bayram günlərində məhdudiyyətlər tətbiq edilməyəcək. O bildirib ki, bu, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərardır: “Bayram günlərində yeganə məhdudiyyət ictimai nəqliyyata olacaq. Başqa məhdudiyyət olmayacaq”.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun