Boris Conson 2018-ci ildə müsəlman qadınlar haqda dediyi sözlərə görə üzr istəyib

Boris Conson 2018-ci ildə müsəlman qadınlar haqda dediyi sözlərə görə üzr istəyib
27 May 2021
Mətni dəyiş

Böyük Britaniyanın Baş naziri Boris Conson 2018-ci ildə müsəlman qadınlar haqda dediyi sözlərə görə üzr istəyib. 

Conson 2018-ci ildə "The Telegraph" nəşri üçün yazdığı məqaləsində niqab geyən qadınları "poçt qutusu"-na bənzətmişdi və demişdi ki, onlar "banka girən quldurlar"-a da bənzəyirlər.

"Dediyim sözlərə görə insanlarda mənə qarşı küskünlük yaratdığımı bilirəm. Ancaq jurnalistika bizi senzurasız yazmağa məcbur edir. Kimi incitmişəmsə, üzr istəyirəm. İndi elə bir şey yazarammı? Təbii ki, xeyr. Çünki elə fikirlər indiki statusuma uyğun deyil", - deyə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Conson əlavə edib ki, hər kəs kimi müsəlman qadınların da seçim azadlığı var və buna hörmətlə yanaşılmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun