BMT İsrail və Fələstini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

BMT İsrail və Fələstini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
15 May 2021
Mətni dəyiş
BMT-nin Baş katibi Antoniu Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bunu Baş katibin rəsmi nümayəndəsi Stefan Dücarrik brifinq zamanı bəyan edib. O bildirib ki, BMT münaqişənin həlli məqsədilə tərəflər arasında vasitəçilik etməyi təklif edib. Dücarrik vurğulayıb ki, hərbi əməliyyatların davamı bölgədə humanitar böhrana səbəb ola, həmçinin regional təhlükəsizliyi təhdid edə və ekstremizmi alovlandıra bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun