Baydenin planı: Müstəqillik gününə qədər ABŞ-da 100 milyon insana peyvənd vurulacaq

Baydenin planı: Müstəqillik gününə qədər ABŞ-da 100 milyon insana peyvənd vurulacaq
6 May 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden ictimaiyyət qarşısında çıxışları zamanı koronavirusdan bəhs edərkən tez-tez deyir ki, "Peyvənd vurdurmaq ya yox, ölüm və qalım məsələsidir". Bayden deyir ki, hal-hazırda amerikalıların 56 faizi koronavirusa qarşı peyvəndin ilk dozasını vurdurub, 105 milyon insansa hər iki dozanı vuraraq tam immunittet qazanıb. Həmvətənlərini peyvənddən yayınmamağa çağıran Bayden pandemiyaya qarşı mübarizədə hədəfəni də açıqlayıb. O deyib ki: "İki aydan sonra ölkə 4 iyul müstəqillik bayramını qeyd edəcək. Bizim məqsədimiz - həmin günə qədər həddi-buluğa çatmış amerikalıların heç olmasa 70 faizinə peyvəndin heç olmasa birinci dozasını, 160 milyon insana isə hər iki doza peyvəndi vurmaqdır. Deməli bundan sonrakı 60 gün ərzində 100 milyon iynə vurulmalıdır (bəziləri üçün birinci, bəziləri üçün ikinci doza peyvənd olacaq)". ABŞ-da koronavirusa qarşı peyvəndin effektivliyinə inanmayanlar da çoxdur. Xüsusilə ABŞ-ın dəri rəngi fərqli vətəndaşları peyvənd vurdurmağa maraq göstərmir. Hökümət insanları peyvənd vurdurmağa stimullaşdırmaq üçün geniş miqyaslı kampaniya aparır. Məsəlçün, Detroyt ştatında təbliğatçılar evləri gəzib peyvənd vurdurmağa razı olan ailələri maşınla peyvənd vurulma məntəqələrinə aparırlar. Rəsmi məlumatlara görə pandemiyanın başlanğıcından bu günə kimi ABŞ-da koronavirus 577 min insanın həyatına son qoyub, 32 milyon insan isə koronavirusa yoluxub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun