Bakıda məhkəmə hakimi arvadını öldürdü - Prokurorluq açıqlama yaydı

Bakıda məhkəmə hakimi arvadını öldürdü - Prokurorluq açıqlama yaydı
31 May 2021
Mətni dəyiş
Bakıda məhkəmə hakimi arvadını öldürüb. Hadisə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib. Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Baş Prokurorluq Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovun arvadını öldürməsi ilə bağlı açıqlama verib. Bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Əhmədov Fəqan Rövşən oğlunun  özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki,1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun