Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sayı 2021-ci il aprel ayının 1-i üçün 10 milyon 130 min 100 nəfər təşkil edib.
Belə ki, ötən ilin aprelin 1-i ilə müqayisədə ölkə əhalisinin sayında 0,5 faiz artım olub.
2020-ci ildə isə ölkə əhalisinin sayı 10079300 nəfərə çatıb.Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.