Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı ev sayı

Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı ev sayı
13 May 2021
Mətni dəyiş
2021-ci ilin aprel ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alışı həyata keçirib. Bu barədə Türkiyənin Statistika İdarəsi məlumat verib. Bildirilir ki, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 8-ci sırada qərarlaşıb. Aprel ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 96 ədəd və ya 3,7 dəfə artıb. Əvvəlki ayla (2021-ci il mart) müqayisədə isə 25 ədəd və ya 23,6 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 764 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə azalıb. Qeyd edək ki, 2021-ci ilin mart ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 132 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya, Ankara, Mersin və Bursanın payına düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun