“Avroviziya-2021” müsabiqəsinin ikinci yarımfinalı başa çatdı

“Avroviziya-2021” müsabiqəsinin ikinci yarımfinalı başa çatdı
21 May 2021
Mətni dəyiş

Niderlandda keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edib.

İfaların hamısı dinlənildikdən sonra mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxıb.

Qeyd edək ki, final mərhələsində ümumilikdə Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edəcək.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun