Avropa Parlamenti vaksin sertifikatına “hə” dedi

Avropa Parlamenti vaksin sertifikatına “hə” dedi
28 May 2021
Mətni dəyiş
Avropa Parlamentinin Mülki Azadlıqlar Komitəsi Avropa İttifaqı sərhədləri daxilində səyahətlərdə istifadəsi planlaşdırılan koronavirus vaksini sertifikatının təşkilini təsdiqləyib. Brüsseldə toplanan komitə üzvü olan millət vəkilləri Aİ vətəndaşları üçün vaksin sertifikatı məsələsini 52 “hə”, 13 “yox” və üç bitərəf səslə, üçüncü ölkə vətəndaşları üçün vaksin sertifikatını isə 53 “hə”, 10 “yox” və beş bitərəflə qəbul edib. İyulun 1-dən qüvvəyə minəcək sertifikat pulsuz olacaq. Sertifikat rəqəmsal və ya kağız olaraq hazırlanacaq. Ayrı-seçkiliyin qarşısını almaq üçün vaksinasiyadan keçməyənlər də sertifikatla təmin ediləcəklər. Sertifikat şəxslərin koronavirus peyvəndləməsindən keçib-keçmədiyini, keçibsə, harada və hansı vaksini vurdurduğunu, xəstəliyi keçirənlərin sağaldığını və antitel səviyyəsini, eləcə də, COVID-19 test nəticəsini göstərəcək. Vaksin sertifikatı bütün Aİ ölkələri, eləcə də, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə keçərli olacaq. Sözügedən sertifikat 7-10 iyunda keçiriləcək Avropa Parlamenti Baş Assambleyasının iclasında təsdiqlənəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun