Ağır Cinayətlər Məhkəməsinin hakimi vəkil Elçin Sadıqovdan şikayət etdi

Ağır Cinayətlər Məhkəməsinin hakimi vəkil Elçin Sadıqovdan şikayət etdi
24 May 2021
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tanınmış vəkil Elçin Sadıqov haqda Vəkillər Kollegiyası Rəyasət Heyətinə şikayət edib. Bununla bağlı Elçin Sadıqov özü məlumat yayıb. O bildirib ki, vəkili olduğu təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda müqavilə bağladığı 5 nəfər müdafiəçisi olub: “Təqsirləndirilən şəxsin yeni vəkili order təqdim edəndə hakim bildirib ki, Elçin Sadıqov gəlməlidir, mən işi təcili yekunlaşdırmalıyam. Katib mənə zəng edəndə Cinayət Posessual Məcəlləsinin tələbini izah etdim ki, təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi varsa, onlardan birinin iştirakı məhkəmə iclasının davam etdirilməsinə mane olmur. Müvəkkilim də mənə demişdi ki, yeni vəkil də işlə tanış olsun, sonra birlikdə müdafiə mövqeyini müzakirə edək. Hakim deyib ki, “Elçinə mən demişəm, cürəti çatırsa gəlməsin, onun başına oyun açacağam”. Mən də qanunu rəhbər tutaraq getmədim. İndi mənə Vəkillər Kollegiyası Rəyasət Heyətindən zəng edərək bildirdilər ki, başqa vəkil iştirak etdiyi halda hikkəli hakim ancaq məndən kollegiyaya şikayət edib”. E.Sadıqov “Qafqazinfo”-ya açıqlamasında bildirib ki, şikayət VK-ya mayın 21-də göndərilib: “Şikayətin məzmunu bundan ibarətdir ki, mən prosesdə iştirak etməmişəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun