Agentlikdən vətəndaşlara müraciət: “Tibbi xidmətlərlə bağlı təkliflərinizi verin”

Agentlikdən vətəndaşlara müraciət: “Tibbi xidmətlərlə bağlı təkliflərinizi verin”
19 May 2021
Mətni dəyiş
İcbari Tibbi Sığortanın yeni xidmətlər zərfi üzərində hazırda işlər aparılır. Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib. O bildirib ki, bu prosesə vətəndaşların müraciətləri də təsir göstərir: “Vətəndaşların müraciətlərinə əsasən, bir neçə xəstəliyi müəyyən etmişik. Yaxın illər ərzində xəstəliklərin beynəlxalq təsnifatı təsdiq ediləcək. Bu, təsdiq edildikdən sonra İcbari Tibbi Sığorta Agentliyinin də xidmətlər zərfində yeniliklər olacaq. Vətəndaşlardan da xidmətlər zərfinə daxil edilməsini istədikləri xəstəliklərlə bağlı təkliflərini yazıb, agentliyə göndərmələrini rica edirik”. Qeyd edək ki, onkoloji xidmətlər, Qazanılmış İmmun Çatışmazlıq Sindromu xəstəlikləri (QİÇS), hemofiliya, talassemiya, şəkərli diabet, eləcə də süni mayalanma ilə bağlı prosedurlar, kosmetik və ya plastik cərrahi əməliyyatları və orqan transplantasiyasına ehtiyac olan prosedurlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil. Nərgiz Hacıyeva əlavə edib ki, plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib: “Vətəndaş burun çəpəri əməliyyatına İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində o zaman müraciət edə bilər ki, tənəffüs sistemində, nəfəsalmasında ciddi çətinliklər yaşasın. Estetik məqsədlə keçirilən əməliyyat bura aid deyil”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun