Operativ Qərargah bu gün brifinq keçirib. Brinfinqdə koronavirusla (Covid-19) bağlı son vəziyyət elan olunub və bəzi yeni qərarlar açıqlanıb.
Yeni qərarlar bunlardır:
- Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur
- Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.
- İyunun 10-dan ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq.
- Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.
- İyunun 10-dan “Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir.
- İyunun 10-dan başlayaraq çimərliklərin fəaliyyətinə icazə veriləcək.
- 10 iyun tarixindən idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.
Azərbaycanda COVİD pasportu tətbiq olunacaq. İki doza vurulanlara vaksin sertifikatı veriləcək: “İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq