ABŞ-ın keçmiş prezidentinin sevgilisinə yazdığı bu məktublar onminlərlə dollara satılıb

ABŞ-ın keçmiş prezidentinin sevgilisinə yazdığı bu məktublar onminlərlə dollara satılıb
17 May 2021
Mətni dəyiş

Sui-qəsd nəticəsində öldürülən keçmiş Amerika prezidenti Con Kennedinin sevgilisinə yazdığı məktublar Boston muzeyində 88 min dollara satılıb. 

Kennedi 1953-cü ildəki toyundan bir neçə həftə əvvəl Qunilla Von Postla birlikdə keçirdikləri günlərlə bağlı yazdığı məktubda həmin anları "Həyatımın ən parlaq keçən zamanı", - deyə dəyərləndirib.

2011-ci ildə Qunilla Von Post vəfat etdikdən sonra onun əşyaları arasından tapılan məktubların 1955-1956-cı illərdə Con Kennedi hələ Senator olduğu zamanlarda yazıldığı bildirilib.

ABŞ Senatının anket kağızlarının üzərinə yazılan sözlərdə cütlüyün romantik İsveç səyahətindən və Qunilla Von Postun yaxın zamanlarında evlənməsindən danışılır.

Von Postun evlənmək xəbərinə Con Kennedi belə reaksiya verir: "Öyrənəndə pis olduğumu deməyə məcburam. Sən artıq ABŞ-a gəlməyəcəksən və bir fermerlə evlənirsən. Əgər evlənməsən, gəl. Çünki səni görmək istəyirəm. Keçən yaz səninlə möhtəşəm zaman keçirdim. Həyatımın parlaq anları idi. Çox möhtəşəmsən, sənin üçün darıxmışam"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun