ABŞ Gürcüstana 67 milyon dollar qrant ayırıb

ABŞ Gürcüstana 67 milyon dollar qrant ayırıb
21 May 2021
Mətni dəyiş
Gürcüstan ABŞ-dan 67 milyon dollar həcmində qrant alıb. Bununla bağlı Gürcüstan hökuməti və ABŞ-ın USAID təşkilatı arasında saziş imzalanıb. Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və USAID-nin missiya rəhbəri Piter Vibler imzalayıblar. Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan iştirak ediblər. “Gürcüstanın dayanıqlı inkişafının təşviqi üçün” adlı qrant proqramı çərçivəsində ayrılacaq vəsaitin 330 milyon dollara çatdırılması perspektivi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun