ABŞ Belarusa qarşı sanksiyalar hazırlayır

ABŞ Belarusa qarşı sanksiyalar hazırlayır
29 May 2021
Mətni dəyiş
Amerika Birləşmiş Ştatları Avropa Birliyi və digər tərəfdaşlarla əməkdaşlıq edərək Belarus hakimiyyət orqanlarının əsas nümayəndələrinə qarşı ünvanlı sanksiyalar hazırlayır və bu respublikadan doqquz dövlət müəssisəsinə qarşı daha əvvəl ləğv olunmuş məhdudiyyətləri bərpa etmək niyyətindədir. Bu barədə Ağ Evin sözçüsü Cen Psaki mətbuata açıqlamasında bildirilib. Məlumata görə, sanksiyalar davamlı insan haqları pozuntuları və korrupsiya, 2020-ci ildəki saxta seçkilər və 23 may hadisələri səbəbindən tətbiq ediləcək. Dövlətə məxsus müəssisələrə qarşı sanksiyalar 3 iyunda yenidən tətbiq olunacaq. Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Minskə qarşı sanksiyaların tətbiq ediləcəyini elan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun