Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.
R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.