Ukraynada korrupsiya əməllərinə görə ədliyyə nazirinə qarşı cinayət işi açılıb

Ukraynada korrupsiya əməllərinə görə ədliyyə nazirinə qarşı cinayət işi açılıb
19 Aprel 2021
Mətni dəyiş
Ukraynanın Korrupsiyaya Qarşı Milli Bürosu ölkənin ədliyyə naziri Denis Malyuska-ya qarşı cinayət işi qaldırıb. Bu haqda Ukryana mediası aprelin 19-u yazıb. Xəbərə görə ədliyyə naziri "Yeni Yanacaq Kompaniyası" adlı şirkəti və onunla bərabər 19 təsərrüfat şirkətini ələ keçirməkdə şübhəli bilinir. Nazir haqda şikayəti isə fevralın 19-da "Yeni Yanacaq Kompaniyası"nın direktoru edib. Müstəntiqlər ehtimal edir ki, Denis Malyuska-yla bərabər onun müavini Yevqeniy Qoroveç və nazirliyin bir neçə başqa əməkdaşı da mənimsəmə cinayətində iştirak ediblər. Denis Malyuska 2019-cu ildən bəri Ukraynanın ədliyyə naziridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun