Türkiyənin yeni istehsal etdiyi roketin reklamında hədəf kimi rus "Pansir"i darmadağın edilir

Türkiyənin yeni istehsal etdiyi roketin reklamında hədəf kimi rus "Pansir"i darmadağın edilir
23 Aprel 2021
Mətni dəyiş
Türkiyənin Roketsan silah istehsalı şirkəti öz Twitter səhifəsində yaydığı reklam çarxında istehsal etdiyi yüksəkdəqiqlikli, kiçikqabaritli, lazer başlıqlı MAM-T qanadsız raketi ilə rus zenit-raket kompleksi olan "Pansir"i 30 km məsafədən necə məhv etdiyini nümayiş etdirib. Videoda göstərilən roket Türkiyənin "Baykar" şirkətinin istehsalı olan Akıncı pilotsuz uçan aparatından atılır. Xatırladaq ki, “Baykar” şirkəti  bu ilin əvvəllərindən etibarən “Akıncı” döyüş pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb, ilin sonuna qədər bir neçə belə təyyarəni Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır. [embed]https://www.youtube.com/watch?v=gne6NPwa08Y[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun