Türkiyədə "Thodex" kriptovalyutasının yaradıcısı iki milyard dollarla xaricə qaçıb

Türkiyədə "Thodex" kriptovalyutasının yaradıcısı iki milyard dollarla xaricə qaçıb
23 Aprel 2021
Mətni dəyiş
Türkiyə tarixinin ən böyük fırıldaqçılıqlarından biri "Thodex" hadisəsi baş verib, bu hadisə kripto valyuta birjasına etibarı daha da azaldıb. Belə ki, Türkiyədə 391 nəfərin istifadə etdiyi "Thodex" kriptovalyuta platformasının qurucusu Faruk Fatih Özerin 2 milyard dollarlıq kriptovalyuta ilə birlikə ölkədən qaçdığı ortaya çıxıb. Bu hadisə İstanbul Cumhuriyyət Baş Prokurorluğunu hərəkətə gətirib. Baş prokurorluq adı çəkilən sistem və ora ilə bağlı baş vermiş cinayət əməllərini araşdırmağa başlayıb. Digər tərəfdən İqtisadi Cinayətlərin Araşdırılması Komissiyası tərəfindən adı çəkilən Faruk Fatih Özer və firma ilə bağlı araşdırmalar başlanılıb. Thodex-in Türkiyədəki banklardakı hesabları isə dünəndən bloklanıb. Hadisə ilə bağlı təcili əməliyyat keçirən İstanbul polisinin virtual cinayətlərlə bağlı işləyən bölümü Thodex-lə bağlı Türkiyənin 8 əyalətində işləyən 78 nəfərin həbsi üçün addım atıb, hələlik 62 nəfər həbs olunub. Aprelin 19-da ölkədən kənara çıxdığını təsdiqləyən Thodex-in sahibi Faruk Fatih Özer mətbuat üçün açıqlamasında 391 min insana məxsus təqribən 2 milyard dollarlıq kriptovalyuta ilə ölkədən qaçdığı haqda deyilənləri yalan adlandırıb. Özer təqribən 3 aydır ki, şirkətin hesablarında anormal dalğalanmalar olduğunu və bunu keçən həftə təsbit etdiklərini, bu səbəbdən də müvəqqəti olaraq Thodex platformasını bağlamağa qərar verdiklərini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun