Türkiyədə müxalifət dövlət rezervlərindən yoxa çıxmış 128 milyard dolların hesabatını tələb edir

Türkiyədə müxalifət dövlət rezervlərindən yoxa çıxmış 128 milyard dolların hesabatını tələb edir
19 Aprel 2021
Mətni dəyiş
Türkiyədə son aylar gündəmi məşğul edən əsas mövzulardan biri ölkənin maliyyə rezervləri arasından 128 milyard dolların yoxa çıxmasıdır. Müxalifətin ortaya atdığı "128 milyard dollar hara gedib?" sualına hökümət hələlik ağlabatan bir cavab verə bilməyib. Bəzi hökümət təmsilçiləri o pulun pandemiyaya xərcləndiyini, bəziləri isə ümumiyyətlə elə bir pulun olmadığını deyir. Türkiyə Mərkəzi Bankının rəhbərliyinə yeni təyin olunan Şahab Kavcıoğlu da Anadolu Ajansı adlı hökümətyönümlü media orqanına verdiyi açıqlamada 128 milyard dollarlıq rezervin hara xərcləndiyin açqlaya bilməyib. Kavcıoğlu deyib ki, 2017-ci ildən bəri xarici valyutanın türk lirəsi qarşısında qiymətinin yüksəlməməsi üçün hökümət banklarına pul verilib. Bunun sayəsində qiymət artımının yüksəlməsinə imkan verilməyib və tələb-təklif tarazlığı nəzarətdə saxlanılıb. Mərkəzi Bankın yeni rəhbərinin sözlərinə görə Bank heç bir qanunsuz əmələ yol verməyib, xarici valyutanın qiymətinin yüksəlməməsi üçün bazara dollar buraxıb. Müxalifət isə deyir ki, əgər Kavcıoğlunun dedikləri doğrudursa onda niyə türk lirəsi son illər çox böyük miqdarda dəyərdən düşüb. [caption id="attachment_98936" align="aligncenter" width="516"] Türkiyə Mərkəzi Bankının rəhbəri Şahab Kavcıoğlu.[/caption] Türkiyə prezidentinin mətbuat katibi Fahrettin Altun isə öz tvitləri vasitəsilə cəmiyyətin diqqətini 128 milyard dollardan yayındırmaq üçün mövzunu qaldıran və gündəmdə saxlayan müxalifət partiyası CHP-ni PKK ilə ittifaqa girərək dövləti çökdürməyə çalışdığını bəyan edib. O itirilmiş bir qəpiyin də olmadığını deyib. Ancaq Fahrettin Altun da 128 milyard dolların hara getdiyini izah edə bilməyib. CHP-nin iqtisadi siyasət üzrə təmsilçisi Faik Öztrak Mərkəzi Bankın rəhbərinə konkret suallar ünvanlayıb soruşur ki, Mərkəzi Bankdakı dollar rezervi hansı qiymətə, kimlərə satılıb, bu rezervdən kimlər, nə qədər pullar qazanıb. Bir müddət Mərkəzi Bankda işləmiş iqtisadçı Uğur Gürses də Kavcıoğlunun dediklərini məntiqsiz adlandırıb, o bildirir ki, Türkiyə Mərkəzi Bankının 25 illik xarici valyuta təcrübəsi var və bu illər ərzində bank heç vaxt xarici valyuta rezervlərini arxa qapıdan dövlət banklarına paylamayıb. Bankın əvvəlki rəhbərindən bu soruşulmalıdır, niyə belə bir əmələ yol verib. Keçmiş iqtidar siyasətçisi və keçmiş xarici işlər naziri, indi müxalifətə keçmiş Ali Babacan deyir ki, 128 milyard dolların maliyyə rezervindən yoxa çıxması məsələsini ilk dəfə onun rəhbəri olduğu DEVA partiyası ortaya çıxarıb, amma CHP bu mövzunu daha çox istifadə edib. Ali Babacan 128 milyard dolların dövlət rezervlərindən yoxa çıxmasını prezident Receb Tayyib Erdoğanın elə bir maliyyə təcrübəsi olmayan kürəkəni Berat Albayrağı maliyyə naziri qoyması ilə bağlıdır. Belə ki, Berat Albayrak türk lirəsinin xarici valyuta qarşısında dəyərini qorumaq üçün heç də effektiv olmayan yollara əl atıb və bu işin sonunda 128 milyardlıq dövlət rezervi əriyərək yoxa çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun