Türkiyədə məhkəmə ərini öldürən qadına bəraət verərək həbsdən azad edib

Türkiyədə məhkəmə ərini öldürən qadına bəraət verərək həbsdən azad edib
28 Aprel 2021
Mətni dəyiş
Türkiyə məhkəməsi ərini öldürmüş qadına bəraət verib və həbsdən azad edib. Belə ki, Mələk İpək adlı qadın bu il yanvarın 30-da ərini ov tüfəngi ilə vurub. Əri bir neçə saat onu döyüb və iki uşağını öldürməklə hədələyib. Uzun illər anaları kimi atalarının məişət zorakılığının qurbanı olan uşaqlar analarının günahsız olduğunu və özünü müdafiə etmək üçün silaha əl atdığını dedikdən sonra Antalya məhkəməsi qadına bərət verməyi qərara alıb. Həbsdən buraxılan Mələk İpək deyib ki: "Mənim yaşadıqlarımı sözlərlə təsvir etmək çətindir. Heç vaxt istəməzdim iş ərimin ölümünə qədər irəliləsin. Mənə dəstək verən, yanımda olan hər kəsə minnətdaram".
Digər tərəfdən türk insan haqqları müdafiəçiləri məhkəmənin qərarını alqışlayıb. Dövlət ittihamçısı isə Mələk İpəyə 6 il həbs cəzası istəmişdi. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cəmi bir ay öncə  Avropa Birliyinin qadına qarşı zorakığın qarşısının alınması Konvensiyası olan İstanbul Razılaşmasından çıxmaqla bağlı əmr vermişdi. Türkiyədə fəaliyyət göstərən "We Will Stop Femicide" adlı QHT-nin məlumatına görə keçən il ölkədə 300 qadın məişət zorakılığının qurbanı olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun