Türkiyə xarici işlər naziri Rusiyanın bu ölkə ilə hava əlaqəsini bağlamağına siyasi səbəb olmadığını deyib

Türkiyə xarici işlər naziri Rusiyanın bu ölkə ilə hava əlaqəsini bağlamağına siyasi səbəb olmadığını deyib
14 Aprel 2021
Mətni dəyiş
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə hava sərhəddlərinin məhdudlaşdırılmasında heç bir siyasi səbəb görə bilmədiyini deyib. O bu haqda Türkiyənin NTV kanalına müsahibəsində deyib. "Mən Rusiya ilə hava əlaqəsinin məhdudlaşdırılmasında səbəb görə bilmirəm. Biz hava əlaqəsinin yenidən bərpa edilməsi üçün danışıqlar aparırıq", - o deyib. Bundan əlavə o Rusiyadan gələcək nümayəndə heyətinin Türkiyədə koronavirusa qarşı mübarizənin necə aparıldığına yerində şahid olacağını bildirib. Xatırladaq ki, Rusiya baş nazirinin müavini Tatyana Qolikova bəyan etmişdi ki, koranavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün aprel ayının 15-dən iyun ayının 1-nə qədər Türkiyə və Tanzaniya arasında təyyarə uçuşlarını məhdudlaşdıracaqlar. Siyasi şərhçilər isə Rusiyanın bu qərarını son zamanlar Ukrayna ilə Türkiyə arasındakı yaxınlaşmaya görə verdiyini deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun