Türk lirəsi dəyərini itirdikdən sonra gürcü larisi də kəskin ucuzlaşır

Türk lirəsi dəyərini itirdikdən sonra gürcü larisi də kəskin ucuzlaşır
27 Aprel 2021
Mətni dəyiş
Gürcüstan mərkəzi bankının məlumatına görə bu ölkənin milli valyutası olan lari dollar qarşısında yenə güc itirib. Belə ki, bu günə olan məzənnəyə görə 1 dollar 3,4534 lariyə dəyişdirilib. Bu rəqəm keçən ilin 27 mart günündən bəri ən aşağı rəqəmdir. Belə ki, keçən il mart ayında 1 dollar 3,4842 lariyə bərabər olmuşdu. Gürcü larisinin dəyəri 2020-ci ildə koronavirus epidemiyasından sonra kəskin azalmağa başlamışdı. Gürcü höküməti larinin qiymətini nəzarətdə saxlamaq üçün 26 auksiyon keçirilib vətəqribən 873,2 milyon dollar satılıb. Bu il hökümət artıq 242,9 milyon dolları 7 ausiyonda satıb. Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili deyib ki, Gürcüstanın əsas ticarət tərəfdaşı olan türk lirəsinin dəyərdən düşməsi gürcü larisinin də dəyərdən düşməsinə səbəb olub. Gürcü höküməti turizmin bərpa olunması ilə larinin möhkəmlənməsinin və Gürcüstan iqtisadiyyatının canlanmasının mümkün olacağını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun