Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi karantinə bağlanıb

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi karantinə bağlanıb
17 Aprel 2021
Mətni dəyiş

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti arasından 9 nəfərin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında aprelin 13-dən etibarən Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumatına görə, hazırda peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitarepidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun