Siyəzəndə polis şöbəsinin qərarı ilə işdən çıxarılan müəllimə baş prokurorluğun önündə etiraz edib

Siyəzəndə polis şöbəsinin qərarı ilə işdən çıxarılan müəllimə baş prokurorluğun önündə etiraz edib
19 Aprel 2021
Mətni dəyiş
Siyəzən rayonundakı İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəlliməsi Ceyran Rəhbəri bu gün Baş Prokurorluğun binası qarşısında təknəfərlik etiraz askiyası keçirib. O deyib ki, Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyanın müvəqqəti direktoru Aynurə Dadaşovaya qarşı etiraz edir. Belə ki, onun sözlərinə görə iki ilə yaxındır məktəbə direktor təyin olunan Aynurə Dadaşovanın qanunsuz əməllərinə etiraz etdiyi üçün direktor altı ay ərzində ona müntəzəm təzyiq göstərib, nəticədə qanunsuz olaraq polis şöbəsinin qərarı ilə işdən çıxarılıb.  Ceyran Rəhbəri deyir ki, həmin o qərarı neçə aylar sonra Baş Prokurorluqda ləğv elətdirmişəm. Ləğv elətdirməyimə baxmayaraq , qərarın rəsmi surəti mənə verilmədən ləğv olunmuş qərarı Siyəzən rayon polis şöbəsinə yenidən araşdırmaya göndəriblər. Baş prokurorluğun qabağında ona görə etiraz edirəm ki, bu süründürməçiliyə son qoyulsun və ləğv olunmuş qərarı ictimaiyyətin gözü qabağında mənə verilsin və yenidən araşdırılmaya tam obyektiv çirkin oyunlar oynanılmadan baxılsın. https://www.facebook.com/AbzasMedia/videos/443700260051352

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun