Saakaşvili seçkilər vaxtı Gürcüstana qayıdacağını bəyan edib

Saakaşvili seçkilər vaxtı Gürcüstana qayıdacağını bəyan edib
20 Aprel 2021
Mətni dəyiş
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsinə getmək istəyir. Gürcü mediası bildirir ki, bunu videomüraciətində o özü bəyan edib. M.Saakaşvili bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib: “Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa belə, mən mütləq Gürcüstanda baş verəcək proseslərin birbaşa iştirakçısı olacağam”. Sabiq dövlət başçısının sözlərinə görə, payızda yerli özünüidarəetmə orqanlarına seçkilərlə yanaşı, hakim Gürcü Arzusu Partiyası üçün praktiki olaraq referendum da təyin edilib. O, Vahid Milli Hərəkat Partiyasını hakimiyyətlə razılaşmanı Nika Meliyanın həbsdən azad edilməsindən sonra imzalamağa çağırıb. Parlamentə daxil olmağı da həmçinin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun