İraqın sabiq prezidenti Səddam Hüseynin işinə baxan hakimlərdən biri Məhəmməd əl-Ureybi koronavirusdan vəfat edib.
O, İraqın paytaxtı Bağdatda xəstəxanalardan birində müalicə altında olarkən ölüb.
52 yaşlı Məhəmməd əl-Ureybi Bağdat Universitetinin hüquq fakülitəsini 1992-ci ildə bitirib və 2000-ci ildən hakim kimi çalışmağa başlayıb.
Məhəmməd əl-Ureybi İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəməsində hakim olub. O, Səddam Hüseynə yumuşaq davrandığı üçün işdən kənarlaşdırılan hakimlərdən birini əvəz edib.
Məhəmməd əl-Ureybi Səddam Hüseyni məhkəmə zamanı bir neçə dəfə zaldan qovub və təkadamlıq kamerada saxlanılmasına qərar verib.