Rusiyanın dörd bir yanında "Putin oğru" şüarı səsləndirilir

Rusiyanın dörd bir yanında "Putin oğru" şüarı səsləndirilir
22 Aprel 2021
Mətni dəyiş

Həbsdə olan müxalifət lideri Aleksey Navalnın tərəfdarları Rusiyada Navalnıya azadlıq tələbi ilə kütləvi aksiyalara başlayıb. Rusiyanın dörd bir yanında olan Navalnı tərəfdarları icazəsiz aksiyalara çıxıblar. 

3 həftədir həbsxanada aclıq edən Navalnın azad olunması ilə bağlı təşkil olunan aksiyaların təşkilatçısı "Korrupsiyayla Mübarizə Fondu"dur. Bu qurumun rəhbəri isə Aleksey Navalnıdır. Fondun çağrışı ilə onminlərlə insan küçələrə axışıb.

Aksiya iştirakçıları daha çox "Putin oğrudur" şüarı səsləndiriblər. Aksiyalarda yüzlərlə şəxsin saxlanıldığı bildirilib.

Bundan əvvəl isə Rusiya Baş Prokurorluğu açıqlama yayaraq bildirib ki, həbsdə olan müxalifət lideri Aleksey Navalnın təsisçisi olduğu qurumlar ölkədə rəngli inqilaba hazırlaşırlar.

Prokurorluq Moskva məhkəməsinə müraciət edərək Navalnıya məxsus "Korrupsiyayla Mübarizə Fondu"nun, "Yurddaşların Hüquqlarının Qorunması Fondu"nun və "Navalnı Qərargahları"nın radikal qruplaşma elan edilməsini və Rusiya ərazisində fəaliyyətlərinin məhdudlaşdırılmasını istəyib.

Baş Prokurorluq bildirib ki, bu qrupların xarici ölkələrin təsiri altında ölkədə qarşıqlıq yaratmasında, radikal fəaliyyət göstərməsinə və zorakılığı ehtiva edən çağırışlar etməsinə dair yetərincə fakt var.

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omskdan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun