Rusiya Ukrayna sərhədlərinə topladığı ordunu geri çəkməyə başlayır

Rusiya Ukrayna sərhədlərinə topladığı ordunu geri çəkməyə başlayır
22 Aprel 2021
Mətni dəyiş
Rusiya Ukrayananın Donbass rayonu ilə sərhəddə və işğal olunmuş Krıma gətirilmiş əlavə hərbi qüvvələri geri çəkəcəyini bəyan edib. Bu haqda əmri Rusiya Federesasiyası müdafiə naziri Serqey Şoyqu aprelin 22-də verib.  Şoyqunun əmri ilə ordunun geri çəkilməsi aprelin 23-dən mayın 1-ə qədər davam edəcək. Nazir bu əmrini "təlimlərin uğurla başa çatdırılması" ilə əlaqələndirib. Nazir bundan əlavə ordunun Ukraynadakı "NATO Defender Europe" təlimləri zamanı baş verəcək qəfil hadisələrə cəld reaksiya verməyi əmr edib. Murmansk şəhərində aprelin 13-də iclas keçirən Şoyqu qeyd edib ki, NATO-nun keçirdiyi son təlimlər 30 ilin ən böyük təlimləridir. Xatırladaq ki, son həftələrdə Rusiya işğal etdiyi Krım və Donbassla sərhəddə 120 min əsgər və zabit toplayıb. Bu hadisə Ukrayna və Qərbi Rusiya ilə növbəti müharibə ehtimalı ilə möhkəm narahat edib. Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik isə deyib ki, Ukrayna bundan sonra NATO-ya daha da böyük enerji ilə can atacaq. Moskva sərhəddə ordu toplamasını Şimali Atlantika Bloku Alyansının "təhdid dolu hərəkətlərinə" cavab adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun