5 Aprel 2021
Mətni dəyiş
Rusiyada internetin fəaliyyətni nəzarətdə saxlayan "Roskomnadzor" hələlik Twitterin Rusiyada fəaliyyətini tam bloklamayacağını, ancaq sürətini yenə də yavaşıdacağını bildirib. "Roskomnadzor" bu qərarını mayın 15-dən etibarən tətbiq etməyə başlayacaq.
Xatırladaq ki, Rusiya höküməti bundan əvvəl Twitter şirkətinə ölkə qanunvericiliyi ilə qadağan olunmuş materialları bloklamağı tələb edib.
Twitter şirkəti isə martın 10-dan etibarən Rusiyanın tələb etdiyi 3,1 min materialdan 1,9 minini silib. Ancaq "Roskomnadzor" hələ də Twitter-dən ölkədə həddi-buluğa çatmayanları mitinqlərə çağıran, həmçinin uşaq pornoqrafiyası, intihar məzmunu daşıyan materialların hələ də Twitter-də qaldığını bildirir.